Siyəzəndə biçilməmiş taxıl sahələri yanır

Siyəzəndə biçilməmiş taxıl sahələri yanır

Siyəzən rayonunda biçilməmiş taxıl sahələrində yanğın başlayıb. 

EkoNews "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Siyəzən və Şabran rayonlarının dövlət yanğından mühafizə hissəsinin 6 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Havanın küləkli olması yanğının söndürülməsinə maneə törədir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR