SOCAR: Hava şəraiti ilə əlaqədar 150 neftçi dənizdən təxliyə olunub

SOCAR: Hava şəraiti ilə əlaqədar 150 neftçi dənizdən təxliyə olunub

Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bu barədə EkoNews-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda 150-dən çox əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: "Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib”.

Həmçinin bildirilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR