SOCAR İstiqrazlarında REKORD SATIŞ
06 Dekabr, 15:39   |    Baxış sayı: 12

SOCAR İstiqrazlarında REKORD SATIŞ

Növbəti faiz ödənişinə 1 aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR İstiqrazları rekord qiymətə satılıb.
 
SOCAR İstiqrazlarının marketmeykeri "PSG Kapital” şirkətindən verilən məlumata əsasən, 5 dekabr tarixində istiqrazların satışı 1032 dollardan gerçəkləşib. Bu, buraxıldığı gündən indiyədək SOCAR İstiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir.
 
İstiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.
 
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi isə hər 3 aydan birdir.
 
Qeyd olunan qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi 17 yanvar 2019 tarixində həyata keçiriləcək.
 
SOCAR İstiqrazlarının başlıca üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin daim qrafikə uyğun aparılmasıdır.
 
SOCAR İstiqrazlarının sahibləri istiqrazlarını girov qoymaqla, dollarda illik 5% olan gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər.
SOCAR İstiqrazlarını əldə etmək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən mümkündür.