SOCAR-la “İtochu” şirkəti arasında əməkdaşlıq müzakirə edilib

SOCAR-la “İtochu” şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, "İtochu” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

EkoNews SOCAR-a istinadən xəbər verir ki, Rövnəq Abdullayev "İtochu” korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik edib, "İtochu” ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Yapon nümayəndə heyətinin rəhbəri Bakıya ilk dəfə gəldiyini və SOCAR-da olmaqdan məmnunluğunu ifadə edib. "İtochu”nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.

Xatırladaq ki, Yaponiyanın "İtochu” şirkəti "Əsrin kontraktı” çərçivəsində "Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.                       

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR