SOCAR ölkədə izopropil spirtinin istehsalını bərpa etdi (FOTOLAR)

SOCAR ölkədə izopropil spirtinin istehsalını bərpa etdi (FOTOLAR)

Qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artıb. 

"Report" xəbər verir ki, məhz bu tendensiya nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İB-nin "Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

Sözügedən istehsalatın işə salınması EP – 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. "Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı izopropil spirtinə yerli və xarici bazarlarda tələbatınkəskin artması ilə bağlıdır. Qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindənsonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələr istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq. 

Müəssisədə MİPS istehsalı 2 mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur. İkinci mərhələdə isə Texniki Spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. "Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Xatırladaq ki, izopropil spirti tibbdən başqa bir sıra başqa sahələrdə (avtomobil sənayesi, kimya sənayesi, farmokologiya, energetika və s.) tətbiq olunur.

Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə"universal təmizləyicilər”də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər)hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR