07 Noyabr, 15:20   |    Baxış sayı: 22

"SOCAR Polimer İnvestments"in kapitalı artırılıb

"SOCAR Polimer İnvestments" MMC-nin səhmdarları şirkətin nizamnamə kapitalına 44,1 milyon ABŞ dolları məbləğində vəsait qoyub. Bu barədə kommersiya şəxslərinin dövlət reyestrində məlumat verilib.

Noyabr ayının əvvəlində şirkətin səhmdar kapitalı 327 milyon dollardır. Sonuncu dövrdə kapiatala bu ilin avqust ayında yenidən baxılıb və 49 milyon dollar artırılıb.