Son 1 ildə valyuta ehtiyatlarını 11%-dən çox artırıb

Son 1 ildə valyuta ehtiyatlarını 11%-dən çox artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 48 403,1 milyon ABŞ dolları təşkil edib.

Bunun 87,7%-i və yaxud 42 463,7 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,3%-i və yaxud 5 939,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 2 351,2 milyon dollar və yaxud 5,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 2 190,4 milyon dollar və yaxud 5,4%, AMB-nin valyuta ehtiyatlarında isə 160,8 milyon dollar və yaxud 2,8% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 854,3 milyon dollar və yaxud 11,15% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 427,6 milyon dollar və yaxud 11,6%, AMB-nin valyuta ehtiyatları isə 426,7 milyon dollar və yaxud 7,7% artıb.
 

ARDNF-in valyuta ehtiyatları 
(milyon ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları 
(milyon ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları 
(milyon ABŞ dolları)
01.07.2019 42 463,7 5 939,4 48 403,1
01.04.2019 40 273,3 5 778,6 46 051,9
01.01.2019 38 515,2 5 625,7 44 140,9
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8

 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR