“Start-up”lar vergidən azad edilir
19 Noyabr, 10:31   |    Baxış sayı: 43

“Start-up”lar vergidən azad edilir

Mikro və kiçik sahibarlıq subyekti olan, müvafiq icra orqanından "Startap şəhadətnaməsi” alan hüquqi şəxslər şəhadətnamə aldığı tarixdən etibarən mənfəət vergisindən azad edilir.

Banker.az-ın məlumatına görə, bu barədə millət vəkili Tahir Mirkişili bildirib.

Deputat bildirib ki, mikro və kiçik sahibarlıq subyekti olan, müvafiq icra orqanından "Startap şəhadətnaməsi” alan fərdi sahibkar şəhadətnamə aldığı tarixdən etibarən gəlir vergisindən azad edilir.

Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliklər 01 yanvar 2019-cu ildən qüvvəyə minəcək və ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub.