Azərbaycanın 10 təhsil müəssisəsində "startap günləri" layihəsinə start verilib.
Bu barədə jurnalistlərə Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verib.
Onun sözlərinə görə, bu tədbirlərdə ümumilikdə 500-600 inşanın iştirak etməsi gözlənilir.
"Startap günləri” layihəsi Bakı ilə yanaşı Naxçıvan, Lənkəran və Gəncədəki təhsil müəssisələrində də həyata keçirilə bilər. 3 ay müddətində davam edəcək "Startap günləri"nin hər tədbiri 2 gün çəkəcək. Sonda isə müsabiqə elan ediləcək. İyun ayı üçün isə konfransın keçirilməsi gözlənilir", - O.Gündüz deyib.
O həmçinin əlavə edib ki, Naxçıvan MR startap ekosisteminin formalaşmasında maraqlıdır: "Bunun üçün isə artıq Naxçıvan Ali Məclisində xüsusi qanun qəbul olunub. Burada çox maraqlı müddəalar var. May ayı üçün isə Naxçıvanda konfrans keçirməyi düşünürük”. //Report