"Technol"un CEO-su istefa verdi: Hara gedir? - AÇIQLAMA

Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsal edən zavodu "Technol"un CEO-su Murad Rəfiyev tutduğu vəzifədən istefa verib.
 
EkoNews xəbər verir ki, M.Rəfiyev bu postdan öz istəyi ilə gedib. Məsələyə aydınlıq gətirmək üçün Murad Rəfiyev ilə əlaqə saxladıq. Eks CEO portalımıza  açıqlamasında məlumatı təsdiqlədi. Bildirdi ki, bir müddətlik istirahətdən sonra yenidən iş həyatına qayıdacaq:
 
"Müxtəlif sektorlardan iş təklifləri gəlir. Öz layihələrim də var. Gələn təklifləri hələ düşünürəm. Öz layihəm isə elektron ticarət istiqamətində olacaq."
 
M.Rəfiyev bildirdi ki, "Technol"un CEO postuna hələ bir təyinat olmayıb:
 
"Şirkətin bağlanmasından söhbət gedə bilməz, fəaliyyətini davam etdirəcək. Yəqin ki, yaxın günlərdə rəhbər postuna təyinat da olacaq".
 
Qeyd edək ki, Murad Rəfiyev "Technol"un CEO-su görəvindən ayrılması ilə bağlı xəbəri sosial şəbəkə vasitəsilə yaymışdı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR