Telefon söndürüldükdə də zəng etmək mümkün olacaq

Telefon söndürüldükdə də zəng etmək mümkün olacaq

"Web Axtarış" xüsusiyyəti sayəsində BiP istifadəçiləri artıq telefon söndürülsə də internet üzərindən səsli və video zənglər edə biləcəklər. Digərlərindən fərqli olaraq, BiP tətbiqetməsini kompüter və planşet vasitəsilə istifadə edənlər də belə zənglərdən istifadə etmə imkanına malik olacaqlar.

EkoNews xəbər verir ki, istifadəçilər batareyada enerji olmadığı zaman və ya telefonları söndürüldükdə belə internet üzərindən bu yenilikdən yararlanacaq, fövqəladə hallarda BiP vasitəsilə fasiləsiz rabitə əldə edə biləcəklər.


İstifadəçilər web.bip.com saytına daxil olmalı və telefon üzərindən istifadə etdikləri BiP tətbiqetmələrinə kompüterlərindən və ya planşetləridən giriş etməlidirlər. Beləliklə BiP vasitəsilə həm mesajlaşıb, həm də səsli və video zənglər edə bilərlər.

Dünyada 192 fərqli ölkədə, 40 milyondan çox istifadəçinin endirmiş olduğu BİP, bənzər tətbiqlərlə qlobal ölçüdə rəqabətə girir.

Rəqiblərindən fərqli olaraq, 106 fərqli dildə sürətli tərcümə xüsusiyyəti, itirilmiş mesajlaşma, 10 nəfərə qədər qrup video zəngləri, mesaj göndərmə sürəti ilə etibarlı pul köçürmələri kimi üstünlüklərə malikdir. /TED

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR