Ötən il 14 mindən çox ailə dağılıb - Evlənənlərin sayı isə...

Ötən il 14 mindən çox ailə dağılıb - Evlənənlərin sayı isə...

Keçən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb.

EkoNews
bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR