Ötən il Azərbaycanda qaz istehlakı artdı

Ötən il Azərbaycanda qaz istehlakı artdı

2019-cu ildə ölkədə əmtəəlik təbii qaz ehtiyatları 26,8 mlrd. kubmetr olub.

Qaynarinfo-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 91,4%-i hasilatın, 8,6%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Belə ki, 2019-cu ildə qaz hasilatının həcmi 24,495 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,305 mlrd. kubmetr olub.

Ehtiyatların 42,7%-i və ya 11,444 mlrd. kubmetri ölkə daxilində istehlak edilib. Hesabat dövründə ümumi ehtiyatın 45,5%-i və ya 12,194 mlrd. kubmetri ixrac olunub. 2019-cu ildə 2,7% və ya 724 mln. kubmetr itki olub, 9,1% və ya 2,439 mlrd. kubmetr yanvarın1-i vəziyyətinə ehtiyat kimi qalıb.

2019-cu ildə əməəlik təbii qaz ehtiyatlarının həcmi 2018-ci ildən 15,5% çox olub.

Ölkə daxilində istehlak edilən qazın həcmi əvvəlki illə müqayisədə 9,4% artıb. Ötən il ixrac edilən qazın həcmi 2018-ci ildən 23,7% çox olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR