“Tesla” Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacaq

“Tesla” Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacaq

ABŞ-ın "Tesla” şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.
EkoNews xəbər verir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.

Qeyd edək ki, "Tesla”nın sahibi Elon Mask ötən həftə "Bild am Sontag” və "Auto Bild” nəşrlərinin himayəsilə keçirilən illik "Qızıl sükan” müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. "Twitter”dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.

Onu da qeyd edək ki, Berlin müəssisəsi "Tesla”nın sayca dördüncü, xarici ölkələrdə isə Şanxaydakı üçüncü müəssisəsədən sonra ikinci müəssisəsi olacaq. /Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR