"Tesla" yeni fabriki üçün bu şəhəri seçdi

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan "Tesla"-nın baş direktoru Elon Musk Almaniyanın paytaxtı Berlində yeni bir fabrik qurmağı planlaşdırdıqlarını açıqlayıb.
 
EkoNews xəbər verir ki, bu haqda Almaniyanın DPA xəbər agentliyi məlumat verib.
 
Agentliyin verdiyi xəbərə görə, dünən Berlində mükafatlandırma mərasimində çıxış edən "Tesla" şirkətinin baş direktoru Elon Musk Berlin şəhəri yaxınlığında bir fabrik açacaqlarını bildirib. Onun sözlərinə görə, şirkət fabriki Branderburg əyalətinin sərhədlərinə yaxın tikilən və açılışı gələn ilə qədər təxirə salınan Berlin hava limanı yaxınlığında qurmağı planlayır.
 
Elon Musk daha sonra Twitterdən də açıqlama verərək fabrikin model Y batareyaları, elektrik ötürücü və nəqliyyat vasitələri istehsal edəcəyini bildirib.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR