Tibbi sığorta 20 faiz artıb

Tibbi sığorta 20 faiz artıb

Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları artıb, ödənişlər isə azalıb.

EkoNews Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 5 ayında könüllü tibbi sığorta üzrə 63 milyon 773 min manat sığorta haqları toplanıb, 22 milyon 576 min manat sığorta ödənişləri həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin ilk 5 ayı ərzində tibbi sığorta üzrə 53 milyon 221 min manat sığorta haqları toplanmış, 26 milyon 381 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, ötən ilin yanvar-may dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - may dövründə toplanan sığorta haqları 10 milyon 552 min manat və ya 19,8% artıb, sığorta ödənişləri isə 3 milyon 805 min manat və ya 14,4% azalıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR