Tikinti şirkətinin rəhbəri dələduzluqda ittiham edilir

Tikinti şirkətinin rəhbəri dələduzluqda ittiham edilir

Bakıda dələduzluqda ittiham edilən Mərhəmət Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azad Məcidovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiiləcək.

Qeyd edək ki, "Mars-M” firmasının rəhbəri M.Bəşirov Bakıda çoxrmərtəbəli binaların tikintisi ilə məşğul olub.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

M.Baxırovun atası  Bəşir Bəşirov Texniki Universitetinin prorektoru olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR