Toy kortejində avtomobillərin sayı azaldılır

Toy kortejində avtomobillərin sayı azaldılır

Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir.

EkoNews-un məlumatına görə, polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur.

Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib.

Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb. /Trend

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR