TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımaları azalıb

TRACECA-nın Azərbaycan hissəsi ilə yük daşımaları azalıb

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 16,861 milyon ton təşkil edib.

Dövlət Statistika Komitəsindən EkoNews-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 209,5 min ton və yaxud 1,2% azdır.

Bu dövr müddətində TRACECA-nın Azərbaycan hissəsindən daşınmış yük dövriyyəsi isə 3 603,6 milyon ton-km olub ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 75,8 milyon ton-km və ya 2,1% azdır.

Yüklərin 10,835 milyon tonu və yaxud 64,3%-i avtomobil nəqliyyatı, 4,257 milyon tonu və yaxud 25,2%-i dəmir yolu nəqliyyatı, 1,77 milyon tonu və yaxud 10,5%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 16,7%-ni və yaxud 2,809 milyon tonunu tranzit yüklər təşkil edib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 611 min ton və yaxud 17,9% azdır. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR