Tramp:

Tramp: "Çin ilə anlaşma olmasa tariflər artacaq"

"Çin ilə razılığa gəlməsək, tariflər ciddi şəkildə artacaq".
 
EkoNews "Bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp bu sözləri çərşənbə axşamı Nyu-York İqtisadi Klubunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, razılığı gəlinməzsə tariflər ciddi şəkildə artırılacaq və bu tək Çinə deyil, ABŞ-a qarşı səhv edən digər ölkələrədə tətbiq ediləcək.
 
Tramp Çin ilə ticarət müqaviləsini yalnız Amerika işçiləri və onların istehsal etdiyi məhsullar üçün xeyirli-uğurlu olacağı təqdirdə imzalayacağını deyib:
"Çin bizimlə sövdələşmə üçün əldən-ayaqdan gedir. Biz ticarət sazişinin ilk mərhələsinə çox yaxınıq. Bu, tezliklə baş verə bilər".
 
Xatırladaq ki, ABŞ prezidenti Tramp və Çin prezidenti Si Tszinpin bu ay Çilidə keçirilməsi planlaşdırılan APEC Zirvəsində ticarət sazişinin ilk mərhələsinə dair imza atmaları planlaşdırılsada, sammit Çilidə baş verən sosial hadisələr səbəbindən ləğv edilib.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR