Trampın vəzifəsindən uzaqlaşdırılması üçün qanun qəbul edildi

Trampın vəzifəsindən uzaqlaşdırılması üçün qanun qəbul edildi

ABŞ konqresinin Nümayəndələr Palatası, Prezident Donald Trampın impiçmenti (vəzifəsindən uzaqlaşdırılması) müddətinin proseduralarını rəsmiləşdirən qanunu təsdiqləyib. 

 EkoNews xəbər verir ki, qanun, Palata üzvlərinin 196 "xeyr" səsinə qarşı, 232 "bəli" səsi ilə qəbul edilib. 

ABŞ Prezidenti Donald Trampun, Ukrayna Prezidenti Vladimir Zelenski ilə iyulda apardığı telefon danışığında, rəqibi Joe Biden və ailəsini istintaqı vəziyyətində ABŞ-ın ölkəsinə kömək edəcəyini söylədiyi iddia edilmiş, ABŞ Konqresindəki Demokratlar da bu iddiadan sonra impiçment istintaqı başlatmışdı.

Tramp isə Zelenskiy ilə danışıqlarının tamamilə qaydalara uyğun olduğunu iddia etmiş, ancaq Trampın telefon danışığından əvvəl Ukraynaya 400 milyon dollarlıq hərbi və maliyyə köməyinin təxirə salınması diqqəti çəkmişdi. /Marja

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR