Trump:

Trump: "İmpiçment tərcümeyi-halıma qara ləkə olacaq"

ABŞ prezidenti Donald Tramp mümkün impiçment imkanlarından ehtiyat edib.
Bu barədə o özü bildirib.

Dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılara bildirib ki, impiçmentdən ehtiyat edir. Tramp hesab edir ki, impiçment onun tərcümeyi-halında qara ləkə olacaq.

Daha əvvəl bildirilib ki, ABŞ prezidenti və onun administrasiyasının üzvləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibi səs verməyincə impiçment proseduru çərçivəsində göndərilən sorğulara məhəl qoymamaq niyyətindədir.

Qeyd edilir ki, daha əvvəl Konqresdə demokratlar Trampın impiçmentinin proseduru çərçivəsində araşdırmaya başlayıblar. /Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR