Turistlər ən çox hansı ölkələrə səfər edib? (SİYAHI)

Turistlər ən çox hansı ölkələrə səfər edib? (SİYAHI)

Turizm anlayışı hazırda ölkələr üçün ən mühüm məsələlərin başında gəlir. Turizm, həm ölkənin tanımıtında böyük rol oynayır həm də iqtisadi mənada gəlir qapısı olur. Hər il milyonlarla adam başqa ölkələri görmək üçün ora səfər edir, həmin bölgənin mədəniyyəti ilə tanış olur. Yeni ərazilər kəşf edir.

EkoNews xarici mediaya istinadən turistlərin ən çox səfər etdiyi bölgələrin siyahısını təqdim edir.

Biletall dünyanın ən çox gedilən ölkələrinin siyahısını açıqlayıb. Siyahıya görə Türkiyə 10, Tayland isə 9-cu sırada yer alıb.


Siyahıya başçılığı 82.6 milyon turistlə Fransa edib.

Hər il dünyanın dörd bir yanında milyonlarla insan, ləziz mətbəxi, tarixi məkanları və gözəl mənzərəsi üçün Fransanı ziyarət edir. Paris, dünyanın ən çox ziyarət edilən turistik yerlərindən biridir. Ölkənin ən çox ziyarət edilən yerləri isə Parisdə yerləşən Eyfel Qülləsi Sankt-. Tropez, Chamonix və Versal Sarayı olub.

75.6 milyon turist ilə İspaniya ikinci olub.

İspaniya, heyranedici gözəlliyi səbəbindən ən çox ziyarət edilən Avropa ölkələrindən biridir. Mədəniyyətin pozulmamış sonsuz sahilləri, kəşf edilməsi lazım olan ağ qumlu çimərlikləri, ləzzətli yeməkləri və möhtəşəm memarlığı ilə bu populyarlığı çox haqq edən İspaniyada ən çox ziyarət edilən yerlər arasında Elhamra, Kordova Mezquitası, Barselonadakı Sagrada Familia və İbiza adasını saymaq olar.


Amerika Birləşmiş Ştatları 75.6 milyon turistlə üçüncü olub.

Əslində İspaniya ilə ikinci yeri bölüşən Amerika Birləşmiş Ştatları, mədəni və etnik baxımdan son dərəcə fərqli bir yerdir. Nyu-York və Las Las-Veqas, bu ölkədə insanların əyləncə və macəra axtaranların hər il axın etdiyi ən populyar yerlərdən olub. ABŞ ilə bağlı ən yaxşı şeylərdən biri, qışın gediləcək çox gözəl isti yerlərin və yazın gedilə sərin yerlərin olmasıdır. Bu ölkədə ən çox ziyarət edilən yerləri Böyük Kanyon, Manhattan, Yellowstone Milli Parkı və San Fransiskodakı Golden Gate Körpüsü olub.

 

59.3 milyonla Çin dördüncü olub.

Pekin və Şanxay, turistlərin Çində səfər edə biləcəyi ən populyar yerlərdəndir. Ancaq Çində görüləcək yerlər bunlarla məhdud deyil. Çin Səddini bilməyən yoxdur, bəs Çində ən çox ziyarət edilən digər yerlərdən Xiandaki Terracotta Ordusunu, Birindəki Qadağa Şəhəri və ya Guilindeki Li Çay olduğunu bilirdinizmi?

 

5-ci yerdə isə 52.4 milyon turistlə İtaliya olub.

Aralıq dənizi sahil zolağında yerləşən İtaliya, Avropadakı ən gözəl mənzərələrdən bəzilərini ziyarətçilərinə təqdim edib. Romadakı Kolezyum və Venesiya kanallar, milyonlarla insanın gəlmə səbəblərindən yalnız bir neçəsi olub. Avropada ən böyük fəal vulkan, saysız-hesabsız tarixi yer və abidə, nəfəs kəsən çimərliklər və möhtəşəm ləzzətlər. Bir insan daha nə istəyir ki? İtaliyada ən çox ziyarət edilən yerlər arasında Kolezyum, Venesiyadakı Böyük Kanal, Florensiya Kilsə və Pompeii olub.


Digər turistik bölgələr kimi siyahıda  müvafiq olaraq BƏƏ, Almanya, Meksika, Türkiyə və Tayland yer alıb.


Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR