Türkiyə bu ölkəyə mərmər satacaq - ANLAŞMA
09 Noyabr, 12:30   |    Baxış sayı: 48

Türkiyə bu ölkəyə mərmər satacaq - ANLAŞMA

Hindistanda həyata keçirilən kütləvi mənzil layihəsinin mərmərlərini Türkiyə təmin edəcək.
 
EkoNews Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən bir şirkət Hindistanda həyata keçirilən geniş mənzil layihəsi üçün 3 il müddətində tonlarla mərmər ixrac edəcək.
 
24-27 oktyabr tarixlərində Bursa şəhərində təşkil edilən "Beynəlxalq Mermer" sərgisində Hindistan tərəfdaşları ilə müqavilə imzalayan şirkət, mərməri Manisanın Saruhanlı rayonunun Seyitoba kəndindəki mədən ocağından təmin edəcək. "Efendioğlu Mərmər" şirkətinin idarə heyətinin sədri Erol Efendioğlu, açıqlamasında Bursa mərmərinin təxminən 70 ölkəyə satıldığını bildirib.