Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta lirə ilə saxlanıldı

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta lirə ilə saxlanıldı

Gürcüstanda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı saxlanılıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Türkiyədən 15 000 lirə dəyərində saxta əskinaslar gətirərək Gürcüstanda satıb. 

İstintaq çərçivəsində Türkiyə vətəndaşından əlavə 5 000 lirə dəyərində saxta əskinaslar da müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan əcnəbi vətəndaşı 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR