"Twitter" şirkəti evdən çalışan işçilərinin təkcə pandemiya dövründə deyil, pandemiyadan sonra da evdə qalmalarını istəyir. Bunun üçün şirkət ofisə gəlmədən çalışmaq üçün sistem qurmaq niyyətindədir.
Ekonews xəbər verir ki, yeni sistem sişkətin ağır icarə və logistika xərclərindən qurtulması deməkdir. Bu həmçinin işçilərə daha stressiz iş mühiti təmin edəcək.
Lakin bu təbii ki, bütün işçilər üçün mümkün olmayacaq. Çünki serverlərin təmiri, kabellərin çəkilməsi, binanın təmizliyi kimi işlərdə çalışanla şirkətə gəlməyə davam edəcək. Lakin evlərindən serverə bağlana bilənlər uzaqdan konfranslara qatılmaqla tapşırıqlarını alıb işləyəcəklər.
Bundan başqa şirkət həmin işçilərə evlərində lazımi sistemi qurmaq, internet xərcləri, geniş manitor və s. üçün maaşlarına bonus olaraq 1000 manat da verəcək. Yenə də bu məbləğ işçiləri ofisdə çalışdırmaqdan daha ucuzdur.
Tvitter-in baş direktoru bu təşəbbüsün dünyada nümunə kimi götürülməsini və dəstəklənməsini gözləyir.