“Twitter” istifadəçilərə ŞAD XƏBƏR

“Twitter” istifadəçilərə ŞAD XƏBƏR

"Twitter” sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək. Banker.az bildirir ki, bu haqda "The Next Web” nəşri yazıb.
 
"Əksər istifadəçilərimiz dərc edilmiş tvitdə səhvi düzəltmək üçün redaktə düyməsinin olmasını istəyirlər” – Nyu-Dehlidə keçirilmiş konfransda sözügedən sosial şəbəkənin direktoru Cek Dorsi deyib. Tvitlərin redaktə edilməsi funksiyası yaxın vaxtlarda əlçatan olacaq.

Lakin Dorsi əlavə edib ki, redaktə imkanı məhdud vaxt çərçivəsində əlçatan olacaq. //ICTnews

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR