“Twitter” siyasi mövzularda reklamları qadağan edib

“Twitter” siyasi mövzularda reklamları qadağan edib

Dünyada ən çox istifadəçiyə sahib sosial media platformalarından olan "Twitter” noyabrdan etibarən siyasi mövzularda reklamların paylaşılmasına icazə verməyəcək.
EkoNews xəbər verir ki, bu barədə açıqlama verən "Twitter”in baş icraçı direktoru Cek Dorsi bildirib: "Twitter”də siyasi mövzularda bütün reklamları dayandırmağı qərara aldıq. Bu qərar təkcə ABŞ-da deyil, bütün dünyadakı istifadəçilərə də şamil olunacaq”.

O, siyasi mesajların satın alınmasının deyil, buna layiq olanlara çatdırılmasının tərəfdarı olduqlarını bildirib. C.Dorsi müasir dövrdə siyasi mesajların reklamlar vasitəsilə insanlara çatdırılmasının doğru olmadığını vurğulayıb.

Noyabrın 22-dən qüvvəyə minəcək qərarın 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl qəbul edilməsi müxtəlif fikirlərə yol açıb. /Azərtac

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR