“Whatsapp”dan yeni funksiya

“Whatsapp”dan yeni funksiya

"Whatsapp” təkmilləşdiriciləri istifadəçini qrup söhbətlərinə (çatlarına) əlavə edə biləcək şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verəcək yeni funskiyanı test etməyə başlayıb.
EkoNews "Qafqazinfo”-ya istinadən xəbər verir ki, yenilik artıq iOS-ların 2.19.110.20, Andorid-lərin isə 2.19.298 beta-versiyalarında tətbiq edilib. Bundan sonra istifadiçilərin onu müzakirələrə dəvət edə biləcək şəxsləri seçmək imkanı olacaq. Bundan əlavə, bəzi şəxsləri "qara siyahı”ya salmaq olar.

Eləcə də bax:"WhatsApp”da başqasının yazışmalarını oxuyan üsul - AŞKARLANIB

Funksiyadan istifadə etmək üçün mesencerin müvafiq quraşdırmalarını tənzimləmək lazımdır ("İstifadəçi hesabı” – "Təhlükəsizlik” – "Qruplar).

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR