Xakkerlər “Upbit” birjasından 50 milyon dollar oğurladı

Xakkerlər “Upbit” birjasından 50 milyon dollar oğurladı

"Upbit” birjasından 50 milyon dollar oğurlanıb, bu haqda "Lee Woo Seok” şirkətinin direktoru məlumat verib. Platformanın rəsmi saytı 342 min "Ethereum” kriptovalyutasının oğurlanması məlumatı təsdiq edir. Qeyd edək ki, zərərin ümumi məbləği 50 milyon dollar təşkil edib.

"Mən, "Lee Woo Seok” nin direktoruyam və narahatçılığa görə sizlərdən üzr istəyirəm. 2019-cu il noyabrın 27-də cüzdanımızdan 342 min ETH naməlum cüzdana köçürülmüşdü”, – Li qeyd edir.

Şirkətin baş direktoru əlavə olaraq qeyd edir ki, platforma istifadəçilərinə dəymiş ziyanı kompensasiya edəcək. Onun sözlərinə görə, birjanın fəaliyyəti yaxın iki həftə ərzində bərpa ediləcək.

"Whale Alert” in verdiyi məlumata görə, ümumilikdə "Upbit” birjasından 70 milyon dollar vəsait köçürülüb, məbləğin bir hissəsi təhlükəsizliyi təmin etmək məqsədilə şirkətin özü tərəfindən köçürülüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR