07 Fevral, 09:18   |    Baxış sayı: 47

"Xalq Sığorta"nın sədr müavini vəzifəsindən ayrılıb

"Xalq Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Roman Vəliyev vəzifəsindən ayrılıb.  Onun yerinə hələ ki, təyinat olmayıb.

Bu barədə şirkətin internet səhifəsinə istinadən xəbər verilir. 

Xatırladaq ki, R.Vəliyev ötən il noyabrın 23-də "Xalq Sığorta" ilə eyni hüquqi ünvanda yaradılmış "Xalq Həyat Sığorta" ASC-nin İH-nin sədri təyin edilib. Nizamnamə kapitalı 15 milyon manat olan ölkənin 4-cü həyat sığortası şirkətinin yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya alacağı gözlənilir. //Renkinq