Xaricdən gətirilən avtomobillər üçün aksiz dərəcələri dəyişə bilər -  AÇIQLAMA

Xaricdən gətirilən avtomobillər üçün aksiz dərəcələri dəyişə bilər - AÇIQLAMA

"Azərbaycana idxal olunan yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və diferensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır”.

EkoNews xəbər verir ki, bunu "Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.

Onun sözlərinə görə, müzakirələrin məqsədi ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaqdır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR