XDMX, DMX, DSX əməkdaşlarının maaşlarının artırılmasını haqqında sərəncam qüvvəyə minib

XDMX, DMX, DSX əməkdaşlarının maaşlarının artırılmasını haqqında sərəncam qüvvəyə minib

Prezident İlham Əliyevin iyunun 18-də imzadığı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlarının maaşları artırılıb.

EkoNews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bu gün – sentyabrın 1-də qüvvəyə minib.

Sərəncamlara əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi  xidmət hərbi qulluqçuları istisna olmaqla),Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.







OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR