Xəzinə 20 milyon manat da borclandı

Xəzinə 20 milyon manat da borclandı

11 iyun 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105010752 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

EkoNews Marja-ya istinadla xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 95.5931 AZN (10.5%) və 101.8365 AZN (7%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2810 AZN (7.3%), orta ölçülmüş qiyməti 101.5328 AZN (7.1637%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 96 milyon 83 min 300 manat, yerləşdirilmiş həcmi isə 20 milyon maant təşkil edilmişdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR