Xiaomi öz smartfonlarını iki ədəd batareya ilə təchiz edə bilər

Xiaomi öz smartfonlarını iki ədəd batareya ilə təchiz edə bilər

Hələ bu ilin yaz fəslində Xiaomi şirkəti 100 vatt gücündə sürətli şarj texnologiyasını təqdim etmişdi. Bu texnologiya vasitəsilə 4000 mAh enerji tutumlu batareyanı 17 dəqiqəyə şarj etmək olar. Lakin hələ heç bir smartfon modeli sözügedən sürətli şarj texnologiyasını əldə etməyib. Çox güman ki, məsələ batareyanın tez qızmasındadır. Lakin görünür, Xiaomi şirkəti bu problemi aradan qaldırmağın yolunu tapıb. Bu barədə Gagadget saytı xəbər verib.

Beləliklə hindistanlı məşhur insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən şirkət öz smartfonlarında iki batareya yerləşdirəcək. Bu, iki hissədən ibarət batareya modelləri olacaqlar. Məhz bu cür batareya konstruksiyası vasitəsilə 100 vatt gücündə olan sürətli şarj texnologiyasını smartfonlara inteqrasiya etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, ikili batareya texnologiyasını Oppo şirkəti artıq öz smartfonlarında istifadə edir.

Xiaomi-nin hansı flaqman smartfon modelinin ikili batareyaya sahib olacağı bilnmir. Lakin ümid etmək olar ki, şirkət gələn il 100 vatt gücündə olan sürətli şarj texnologiyasını dəstəkləyəcək smartfon modeli təqdim edəcək. Şirkətin hal hazırda mövcud olan smartfonları 40 vatt gücündə olan Mi Charge Turbo adlı sürətli şarj texnologiyası ilə məhdudlaşırlar.  /Technote

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR