Yaşlı qadın mətbəxindən 6 milyon avroluq tablo asıb - FOTO

Yaşlı qadın mətbəxindən 6 milyon avroluq tablo asıb - FOTO

Fransanın Paris şəhərində yaşayan yaşlı qadının mətbəxində asdığı tablonun böyük bir sərvət dəyərində olduğu ortaya çıxıb.

EkoNews-un türk mediasına istinadən verdiyi xəbərə görə, yaşlı qadının mətbəxində illərdir asılı olan tablonun bir italyan rəssama aid olduğu bilinib.
Rəsm əsərinin florensiyalı məşhur intibah dövrü rəssasmlarından olan Cimabuenin əsəri olduğu və maddi dəyərinin 6 milyon avro olduğu deyilib. 
Rəsm əsərini illərdir evinin mətbəxindən asan qadın, lövhənin qiymətləndirməsini aparmaq üçün mütəxəssis şəxslərə müraciət edib və bu zaman həqiqət ortaya çıxıb.
Fransanın Le Fiqaro qəzetinə danışan sənət mütəxəssisi Erik Turquin, tablonun orijinal olduğunu dəqiqləşdirdiyini və "Bu tablo eyni əldən çıxmış" deyərək əsərin Cenni di Pepo kimi də tanınan rəssam Cimabueye aid olduğunu bildirib.

Aparılan araşdırmadan sonra "İsa ilə alay" adlanan tablonun 13-cü əsrdə Cimabuenin çəkdiyi bir sıra tablolardan biri olduğu məlum olub. Rəssamın həmin dövürdə çəkdiyi rəsm əsərlərindən biri hazırda İngiltərənin paytaxtı Londonda Milli Qalereyada, digəri isə ABŞ-ın New York şəhərində Frick Kolleksiyasında nümayiş olunur.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR