Yeni tələb: “Facebook təmsilçiləri Libra kriptovalyutasının işinə qarışmasın”

Yeni tələb: “Facebook təmsilçiləri Libra kriptovalyutasının işinə qarışmasın”

Yeni kriptovalyutanın 2020-ci ildə təqdim ediləcəyi gözlənilir.

Vodafone mobil operatoru, Libra layihəsi çərçivəsində Feysbukun 27 tərəfdaşından biridir. Bu yaxınlarda şirkət nümayəndələri Feysbukla əlaqəsi olmayan şəxsi kriptovalyuta layihəsinin baş direktoru vəzifəsinə təyin etmək təşəbbüsü ilə çıxış ediblər.

Vodafone şirkətinin baş direktoru Nik Rid, Libra layihəsinin Feysbukdan tamamilə ayrı olacağı təqdirdə müvəffəq olacağına inanır.

Məlumata görə, 2020-ci ildə İsveçrədə yerləşən Libra Assosiasiyası, kriptovalyutasını istifadəyə vermək niyyətindədir.

Qeyd edək ki, Vodafone, yeni rəqəmsal valyutanı istifadə etməyi planlaşdırmayan ABŞ və Avropa ölkələrinin Libraya qarşı güclü təzyiqlərinə baxmayaraq, kriptovalyuta layihəsini tam dəstəkləyir. /Ted.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR