Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək
12 Mart, 12:06   |    Baxış sayı: 151

Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəz iyul ayında təhvil veriləcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "AzLnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev deyib.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Tier 3” sertifikatlı DATA-mərkəzi Bakıda yerləşir. Lakin Yevlaxda ehtiyyat DATA-mərkəzdə inşa olunur. Elə təşkilatlar var ki, onların IT mərkəzləri olmadığı üçün onların məlumatları DATA-mərkəzdə qorunur. Biz müştərilərimizə Bakıdan 300 kilometr məsafədə, Yevlaxda yerləşən ehtiyyat DATA-mərkəzin xidmətlərini təklif edirik. Bu DATA-mərkəzin bu ilin iyulunda təhvil verilməsi gözlənilir. Ehtiyyat DATA-mərkəzdə məlumatlar əsas DATA-mərkəzdə olduğu kimi qorunur və hər hansı fövqəladə hal, fəlakət zamanı itkilərin qarşısını almağa şərait yaradır”, - deyə C.Əliyev əlavə edib. //AzərTac