Yüksək gərginlikli elektrik xətlərinin altında yanğın olub - Ağsuda

Yüksək gərginlikli elektrik xətlərinin altında yanğın olub - Ağsuda

Avqustun 17-si axşam saat 20:00 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində, yüksək gərginlikli elektrik xətlərinin altında yanğın hadisəsi baş verib.

EkoNews "Report”a istinadən xəbər verir ki, yanğından dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Yanğın 1 saat ərzində yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb, yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR