Yüksək inflyasiyanın olduğu ölkədə elektrik enerjisinin qiyməti 320% artırılıb

Yüksək inflyasiyanın olduğu ölkədə elektrik enerjisinin qiyməti 320% artırılıb

Zimbabvedə inflyasiyadakı artım ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 320% artırılıb. 

Zimbabve Enerji Bazarını Tənzimləmə Agentliyindən (ZERA) verilən açıqlamada, artan istehsal xərcləri səbəbilə elektrik enerjisinin kilovat/saat qiymətinin 38,6-dan 162,16 Zimbabve dollarına (75 qəpik) qaldırıldığı bildirilib.

Tez-tez elektrik enerjisi fasilələrinin olduğu Zimbabvedə xalq, təməl qida maddələri və benzin qiymətlərində yaşanan artım səbəbilə çətin günlər keçirir.

Quraqlıq və bahalılığın hökm sürdüyü ölkədə elektrik enerjisinin qiyməti son 3 ayda ikinci dəfə artırılıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR