Zənginlərin yeni oyuncağı - Ən bahalı

Zənginlərin yeni oyuncağı - Ən bahalı "üzən saray"lar

Böyük və göstərişli yaxtalar bu günlərdə dünya zənginlərinin yeni trendidir. Bu "üzən saray"ları alanlar arasında neft şeyxləri, rus oliqarxları kimi çox varlı şəxslər də var. Hətta bu yaxtaların böyüklüyünü milyarderlər arasında güc savaşının göstəricisidə hesab etmək olar.
 
EkoNews xarici mətbuata istinadən dünyanın ən bahalı "üzən saray"nın siyahısını təqdim edir:
 
Aquila - 150 milyon dollar
 

"Walmart"ın varisi  Ann Walton Kroenke-nin yaxtası olan Aquila-nın uzunluğu 85 metrdir. Yaxta ən son Kann film festivalı zamanı görünüb.
 
Octobus - 200 milyon dollar
 

Microsoft-un qurucularından olan Paul Allenin yaxtası Octobus 126 metrlik uzunluğu ilə bilinir. Yaxtanın 41 otağı, hovuzu, vertalyot eniş zolağı, film salonu var. Bundan əlavə onda basketbol oynamaq üçün meydança da var. 

Əl-Mirqab - 250 milyon dollar
 

Qətərin keçmiş baş naziri Həməd bin Jassim bin Caber Əl Thani'ya aid olan Al Mirqab, 2009-cu ildə 'İlin Motoryaxtası' mükafatını qazanıb. Yaxtada 24 nəfər yerləşə bilər və hər kabinədə vanna otağı, oturma otağı və ikinəfərlik yataq var.
 
Dilbər - 256 milyon dollar
 

Rus milyarder Alişer Usmanovun yaxtası olan Dilbər dünyanın ən iri çəkili yaxtalarından hesab olunur. Çəkisi tam 15 min 917 ton olan yaxtada iki vertalyot eniş zolağı və qapalı hovuz var. 


Əl Said - 300 milyon dollar
 

2008-ci ildə Oman sultanı üçün inşa edilən Əl Səidin uzunluğu 155 metrdir. Yaxta haqqında ətraflı məlumat paylaşılmasa da, yaxtanın içərisində 50 nəfərlik konsert salonunun yerləşdiyi bildirilir.


 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR