Ötən il "Facebook" şirkəti rəhbəri Mark Zuckerbergin şəxsi təhlükəsizliyi üçün 22,6 milyon dollar sərf edib. Bu xərclər iki il ərzində dörd dəfə artıb.
Bu, cümə günü şirkətin ABŞ Qiymətli kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi maliyyə sənədlərindən məlum olub.
Şirkətin materiallarından görünür ki, ötən il Zuckerbergin şəxsi təhlükəsizliyi üçün xərclər iki dəfədən çox artaraq 2017-ci ildəki 9,1 milyon dollardan 2018-ci ildə 22,6 milyon dollara qalxıb. 2016-ci ildə bu məqsədlər üçün 5,1 milyon dollar ayrılıb.
"Facebook" öz rəhbərliyinin şəxsi təhlükəsizliyinə böyük diqqət yetirir, onların təhlükəsizliyinin təmin edilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirir. ©Maraja.az