Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 12-si bu ilin I yarısının yekunlarına dair maliyyə hesabatını açıqlamayıb.
EkoNews xəbər verir ki, bu, "Report”un araşdırması nəticəsində məlum olub.
Həmin şirkətlər "A-Qrup Sığorta”, "Atəşgah Həyat Sığorta”, "Atəşgah Sığorta”, "Azərbaycan Sənaye Sığorta”, "Azsığorta”, "Naxçıvan Sığorta”, "PAŞA Həyat Sığorta”, "PAŞA Sığorta”, "Qala Sığorta", "Xalq Həyat Sığorta", "Xalq Sığorta” ASC-lər, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta”).
Xatırladaq ki, bunlardan "Naxçıvan Sığorta” həm də 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı verməyib.
Qalan 10 sığorta şirkəti – "Amrah Sığorta”, "Ata Sığorta”, "AXA Mbask”, "Bakı Sığorta”, "Günay Sığorta”, "İpək Yolu Sığorta”, "Meqa Sığorta”, "Qala Həyat Sığorta", "Rəvan Sığorta” və "Standard Insurance” ASC-lər isə 2019-cu ilin yanvar-iyun aylarının yekunları barədə ictimaiyyəti məlumatlandırıb. Bunlardan 9-u yarımili mənfəətlə, 1-i isə zərərlə başa vurub.
№ | Sığorta şirkətləri | Yarımillik mənfəət / zərər (milyon manat) |
1 | Meqa Sığorta | 2,283 |
2 | Qala Həyat Sığorta | 1,229 |
3 | İpək Yolu Sığorta | 1,143 |
4 | Atasığorta | 1,113 |
5 | Rəvan Sığorta | 0,445 |
6 | Günay Sığorta | 0,439 |
7 | Standard Insurance | 0,283 |
8 | Amrah Sığorta | 0,141 |
9 | Bakı Sığorta | 0,022 |
10 | AXA Mbask | - 0,177 |