“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır

“Azərpoçt”un əməkdaşının məhkəməsi başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-də mənimsəməyə yol vermiş Sücayət Ələkbərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatında araşdırılacaq.

İttihama görə, S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəməyə yol verib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR