Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlarda xüsusi narahatlıq doğuran daha bir çatışmazlığın aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Bu barədə EkoNews-a BNA-dan bildirilib.

Belə ki, hazırda nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılmaqdadır. Artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, Aleksandr Puşkin və Riçard Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab Səfərəliyeva və Aleksandr Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib. Məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması, vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR