Bu ilin avqust ayının 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 4 161,7 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14,9% çoxdur.
EkoNews Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadla xəbər verir ki, balans kapitalı avqust ayı ərzində 0,7% (30,6 mln. manat) artaraq 4 613,6 mln. manat təşkil edib.
Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22,7% (minimum normativi 2,3 dəfə üstələyir) təşkil edib. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1,9 dəfə üstələyir (56,9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2,3% və 16,9% təşkil edib.