Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 21% artıb

Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 21% artıb

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq 3 729,2 min nəfər olub.

EkoNews Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkə vətəndaşlarının 36,4%-i İrana, 29%-i Gürcüstana, 17,5%-i Rusiyaya, 11,6%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8%-ni kişilər, 36,2%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1%, Gürcüstana gedənlərin sayı 13,3%, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 5,1% artıb.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2%-i dəmir yolu və avtomobil, 17,1%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR