Bu kredit kart sahiblərinə qarşı kiber hücumlar artıb

Bu kredit kart sahiblərinə qarşı kiber hücumlar artıb

"Son vaxtlar bankomatlara kiber hücumlar yox dərəcəsindədir, dələduzların hədəfində birbaşa kart sahibləri olur".
EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda "Visa Token Service” texnologiyasının tətbiqinə həsr olunan tədbirdə "Visa” şirkətinin Ukrayna, MDB və Cənub-Şərqi Avropa ölkələrindəki rəqəmli həllər direktoru Oleksandr Stelmax bildirib.

"Əlbəttə, biz buna qarşı tədbir görürük, banklar və tənzimləyici qurumlarla birgə müştərilərə təlim keçirik. Təmassız kartlarla bağlı dələduzluq hallarının olmaması bizi çox sevindirir”, – "Visa” təmsilçisi deyib.

Xatırladaq ki, "Visa” şirkəti Azərbaycan bankları üzərinə aprel ayından etibarən yalnız təmassız, yəni NFS texnologiyası ilə işləyən kartlar buraxmaq öhdəliyi qoyub. Bircə toxunuşla bazarlıq edildiyi bu kartların içəridəki təmassız çip, PİN kodla təsdiqlənməyən təmassız əməliyyatda 50 manatlıq məhdudiyyətin tətbiqi, 4 santimetrlik məsafədə təsir gücü, nadir şifr sistemi kimi bir sıra qoruma səviyyəsinə malik olması sayəsində saxtalaşdırmaları az qala istisna olunur.

Tamamilə təhlükəsiz və rahat olan təmassız kartlar mobil telefon vasitəsilə hesablamalar kimi yeni inkişaf mərhələsinə çıxmaq deməkdir. "Visa”da mobil telefon vasitəsilə hesablaşmaların plastik kartla hesablaşmaları xeyli üstələyəcəyi qənaətindədirlər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR