"Facebook" yeni proqram hazırladı

"Facebook" şirkəti siyasətçilərin və partiyaların sosial şəbəkə hesablarının təhlükəsizliyinin hakerlərdən təmin olunması üçün "Facebook Protect" proqramını hazırlayıb.

EkoNews xəbər verir ki, şirkət həmçinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilələrlə bağlı yeni proqram istifadəyə verib.

Məlumata görə, proqram seçilmiş vəzifəli şəxslərin, namizədlərin, həmçinin onların əməkdaşlarının və başqa şəxslərin sosial şəbəkə hesablarının haker hücumlarından qorumağa yönəldilib.

Məlum olub ki, şirkət hər hansı hesaba hücumun aşkar edilməsi vaxtı bunu yoxlamaq və başqa hesabları qorumaq imkanına malik olacaq. /Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR