Gürcüstanla Azərbaycan arasında gediş-gəliş bu yolla mümkün olacaq

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş bu yolla mümkün olacaq

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

Bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti iclasında qəbul olunub.

İki ölkə arasında bütün sərhəd-keçid məntəqələrində yük daşımalarının sərbəst hərəkəti təmin olunacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında martın 14-dən etibarən vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Bu günə qədər iki ölkə arasında insanların hərəkəti "Qırmızı körpü” və "Laqodexi” sərhəd məntəqələri vasitəsilə təmin olunub. 

Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkə yanlız öz vətəndaşlarını qəbul edir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR